Donbass səmasında Rusiyanın 2 helikopteri, 4 PUA-sı MƏHV EDİLDİ

 00:47 12.04.2022     1061

Ukrayna hava hücumundan müdafiə bölmələri Donbass səmasında Rusiyanın iki helikopterini və dörd pilotsuz uçuş aparatını vurub, bir çox başqa texnikasını məhv edib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələr Əməliyyatı Qərargahının feysbuk səhifəsində bildirilib.

"Birləşmiş Qüvvələr qruplaşmasının hərbi qulluqçularının şücaətii və məharəti sayəsində bu gün ərzində düşmənin 6 hücumu uğurla dəf edilib. Əsgərlərimiz rus işğalçılarına itki veriblər. Xüsusilə, ukraynalı müdafiəçilər 4 tankı, 5 zirehli texnikasını, 26 texnikasını, səkkiz düşmən artilleriya sistemini məhv ediblər”, - məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, Ukrayna hərbçiləri təcavüzkarın işğalını cəsarətlə və qəhrəmancasına dəf etməkdə davam edirlər.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən