Putin Amur vilayətinə səfərə getdi

 10:22 12.04.2022     317

Rusiya Prezidenti Vladimir Putin Kosmonavtika Günü ilə bağlı bu gün Amur vilayətinə işgüzar səfər edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, Blaqoveşensk şəhərinə gələn Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə “Vostoçnıy” kosmodromunun tikintisi ilə tanış olacaq.

İki lider Ukrayna məsələsini də müzakirə edəcək və görüşdən sonra media üçün mətbuat konfransı keçirəcək.

Bundan başqa, Putin Blaqoveşensk şəhərində Roskosmos rəhbəri Dmitri Roqozin və Amur vilayətinin qubernatoru Vasili Orlovla görüş keçirəcək.

Vumart və Güvən reklamı Vumart Güvən