Rusiya-Ukrayna sərhədində dəmiryolu PARTLADILDI

 10:43 12.04.2022     370

Naməlum şəxslər Ukraynanın Xarkov və Rusiyanın Belqorod vilayətlərinin sərhədində dəmiryolunu partladıblar.

Redaktor.az “Gazeta.ua”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov açıqlayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb, yalnızca dəmiryoluna zərər dəyib.

O bildirib ki, hadisənin səbəbləri barədə daha sonra məlumat veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən