"Rusiya Ay proqramını bərpa edəcək" - Putin

 13:15 12.04.2022     360

"Rusiya Ay proqramını bərpa edəcək. Söhbət “Luna-25” avtomatik aparatının işə salınmasından gedir".

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Amur vilayətində yerləşən “Vostoçnıy” kosmodromuna səfəri zamanı bildirib

Onun sözlərinə görə, Rusiya peyk qruplaşmalarının kəmiyyət və keyfiyyət potensialı əhəmiyyətli dərəcədə genişlənəcək.

Putin bildirib ki, Rusiya xaricdən gələn təzyiqlərə baxmayaraq, kosmik sahədə bütün planlarını ardıcıl və israrla həyata keçirəcək.

Rusiya Hava Kosmik Qüvvələrinin Ukraynada əməliyyat zamanı cəsarətli, bacarıqlı, operativ və effektiv fəaliyyətini vurğulayan Putin Belarusla birgə kosmos sahəsində infrastruktur formalaşdıracaqlarını söyləyib.

Rusiya lideri Roskosmosdan Belarus nümayəndəsinin kosmosa hazırlıq və uçuşunu təmin etməyi də xahiş edib.

Vumart və Güvən reklamı Vumart Güvən