Putin-Lukaşenko danışıqları başa çatdı
Rusiya Prezidenti Vladimir Putin və onun belaruslu həmkarı Aleksandr Lukaşenko arasında danışıqlar başa çatıb.
Redaktor.az xəbər verir ki, “Vostoçnıy” kosmodromunda baş tutan görüş üç saata yaxın davam edib.
Dövlət başçıları “Vostoçnıy” kosmodromunda gedən tikinti işləri ilə tanış olublar.
Bundan əlavə, onlar "Anqara" buraxılış kompleksinin komanda məntəqəsinin tikinti sahəsinə baş çəkiblər.












