Ukraynanın şərqində 2-3 həftə ərzində döyüşlər güclənəcək

 16:55 12.04.2022     213

“Növbəti iki-üç həftə ərzində Ukraynanın şərqindəki hərbi əməliyyatlar güclənəcək”.

Redaktor.az Pravda-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının hesabatında qeyd olunub.

Bildirilib ki, Rusiya öz qüvvələrini müvafiq istiqamətə yönəltməyə davam edir.

“Rusiyanın hücumu əvvəlki kimi Donetsk və Luqansk yaxınlığındakı Ukrayna mövqelərinə yönəlib. Döyüşlər Xerson və Nikolayev rayonlarında da davam edir, həmçinin Kramatorska hücum bərpa edilir”, - deyə qurumdan bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən