Putin general rütbəsindən imtina etdi

 17:33 12.04.2022     827

"Mənə general rütbəsi lazım deyil".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə deyib.

Dövlət başçısının sözlərinə görə, o, xalqa sədaqətlə xidmət edir.

"Bildiyiniz kimi, mənim general rütbələrim, təltiflərim yoxdur, amma mən həqiqətən xalqa xidmət edirəm", - deyə Putin bildirib.

General rütbəsi almaq perspektivlərindən danışan Rusiya lideri qeyd edib ki, “hərbi rütbələr ilk növbədə hərbçilərə lazımdır”.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən