Qırğızıstan-Tacikistan sərhədində atışma - Yaralı var

 21:12 12.04.2022     412

Qırğızıstan və Tacikistanın dövlət sərhədində insident yaşanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər arasında gün ərzində iki dəfə atışma olub. Sonuncu dəfə atışma 30 dəqiqəyə yaxın davam edib, nəticədə Qırğızıstan ordusunun hərbi qulluqçusu yaralanıb.

Vumart və Güvən reklamı Vumart Güvən