Rusların Ukraynada öldürdüyü uşaqların son STATİSTİKASI

 10:06 13.04.2022     345

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 191 uşaq ölüb, 349-dan çox uşaq yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 13-ü səhər saatlarına olan məlumata əsasan, Rusiyanın hərbi əməliyyatları nəticəsində 540 uşaq müxtəlif dərəcəli bədən xəsarəti alıb. Uşaqlar daha çox Donetsk (113 uşaq), Kiyev (102), Xarkov (79), Çerniqov (79), Nikolayev (40), Xerson (38), Luqansk (36), Zaporojye (23) vilayətlərində, Kiyev (23), Sumı (16), Jitomir (15) şəhərlərində xəsarət alıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən