Paşinyan müharibədə ölən ermənilərin sayını AÇIQLADI
2020-ci ilin payızında Qarabağda gedən döyüşlər zamanı Ermənistan tərəfindən ümumilikdə 3825 nəfər həlak olub.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
“Bu günə qədər müharibə zamanı həlak olanların sayı 3825 nəfər təşkil edib. Bundan əlavə, hələ axtarışlar davam edir”,- Paşinyan deyib.












