Ukraynalı məşqçi müharibədə həlak oldu

 10:59 13.04.2022     357

Ukraynalı məşqçi Viktor Tkaçuk ölkəsində gedən müharibədə həlak olub.

Redaktor.az xəbər verir ki, 53 yaşlı mütəxəssis Mariupolda Rusiya hücumlarının qurbanı olub.

Əhaliyə kömək etmək üçün şəhəri tərk etməyən Tkaçuk rus əsgərlərinin snayper gülləsinə tuş gəlib. Qonşular onu öz evinin həyətində basdırıblar.

Qeyd edək ki, Viktor Tkaçuk Donetsk “Şaxtyor”unun akademiyasında işləyib.

Vumart və Güvən reklamı Vumart Güvən