Rusiyanın Ukraynadakı itkiləri barədə yeni məlumat - 19800 hərbçi, 158 təyyarə...

 11:15 13.04.2022     599

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiyanın 19 800-ə yaxın hərbçisinin zərərsizləşdirildiyi bildirilib.

Bundan başqa, hücum edən tərəfin 739 ədəd tankı, 1 964 ədəd zirehli döyüş maşını, 358 ədəd artilleriya sistemi, 115 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 64 hava hücumundan müdafiə sistemi, 158 ədəd hərbi təyyarəsi, 143 ədəd helikopteri, 1 429 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 132 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

Vumart və Güvən reklamı Vumart Güvən