Zelenski Almaniya kanslerinin Kiyevə səfərini gözləyir
Almaniya kansleri Olaf Şoltsun Kiyevə səfəri gözlənilir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç Almaniyanın ARD telekanalına müsahibəsində bildirib.
"Prezidentimiz praktik qərarlar qəbul etmək, o cümlədən silah tədarükü ilə bağlı kanslerin səfərini gözləyir” - deyən O.Arestoviç həmçinin bildirib ki, o, Zelenskinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Kiyevə səfərini niyə qəbul etmədiyini bilmir.












