"Rusiyanın Ukraynada törətdiklərini Beynəlxalq Məhkəmədə sübut edəcəyik"
“Biz Rusiyanın Ukrayada törətdiklərinin soyqırımı olduğunu Beynəlxalq Məhkəmədə sübut edəcəyik”.
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın Ukraynada törətdiklərini “soyqırımı” adlandırmamasına münasibət bildiriərkən deyib.
“Volodimir Zelenski Rusiyanın Ukraynadakı cinayətlərini soyqırımı adlandırır. ABŞ Prezidenti Cozef Bayden ukraynalıların soyqırımı deyir. Biz Beynəlxalq Məhkəmədə bunu sübut edəcəyik. Demokratiyanın liderləri artıq hər şeyi öz adı ilə çağırır. Təxminən hamısı bu fikirdədir. İnanıram ki, “təxminən” sözü müvəqqətidir.
Rusiyanın təbliğat maşını Buçada törədilənləri “feyk” sayır. Ancaq demokratik sivilizasiya baş verənləri özü görür. Rusiya 21-ci əsrdə Ukrayna xalqını soyqırımı edir. Ancaq onlar Ukraynaya qalib gələ, millətimiz məğlub edə biməyəcəklər. Onları bütün istiqamətlərdə məğlubiyyət gözləyir. Bundan sonra xalqımıza qarşı bütün cinayətlərə görə məsuliyyət daşıyacaqlar”, - Andrey Yermak vurğulayıb.












