Bakıdakı prezident seçkisini Makron qazandı
Fransa prezident seçkilərinin Bakıdakı seçki məntəqəsində səs vermiş Fransa vətəndaşlarının çoxu hazırkı Prezident Emmanuel Makrona səs verib.
Redaktor.az Fransanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, Bakıda yaradılmış seçki məntəqəsində 34 nəfər (34,34%) Makrona səs verib.
İkinci yerdə qərarlaşmış Jan-Lyuk Melanşon 25 səs (25,25%), üçüncü yeri tutmuş Erik Zemmur 10 səs (10,10%) qazanıb.
Makronun əsas rəqibi və “Milli Birlik” partiyasının lideri Marin Le Penə 8 nəfər (8,08%) səs verib.
Ümumilikdə, məntəqədə qeydə alınmış 189 nəfərdən 101-i seçkilərdə iştirak edib. Onlardan ikisinin səsi etibarsız sayılıb.












