Rusiya vətəndaşları Qazaxıstana gedirlər

Qazaxıstanda yaşamaq icazəsi almaq istəyən Rusiya vətəndaşlarının sayı artıb.
Redaktor.az TRT Avaz-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev məlumat verib.
Onun sözlərinə görə, bu ilin birinci rübündə ölkədə yaşamaq üçün müraciət edən Rusiya vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artıb.
Marat Kocayev bildirib ki, 2022-ci ilin ilk üç ayında 1000-ə yaxın Rusiya vətəndaşı Qazaxıstanda yaşamaq, 170 nəfər isə vətəndaşlıq üçün müraciət edib.