Daha bir ölkə Rusiya və Belarusa sanksiya tətbiq etdi
İsveçrə Federal Şurası (hökuməti) Rusiya və Belarusa qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin saytında məlumat verilib.
Qərara əsasən, 200 nəfər maliyyə sanksiyalarına və səyahət məhdudiyyətinə məruz qalıb. Aİ-dən fərqli olaraq, İsveçrə nəqliyyat kommunikasiyalarına məhdudlaşdırıcı tədbirlər tətbiq etməyib.
Qərarda bildirilir ki, Federal Şura “nəqliyyat qadağası istisna olmaqla, Aİ-nin Rusiya və Belarusa qarşı tətbiq etdiyi yeni tədbirləri” tətbiq etmək barədə qərar qəbul edib.












