Çexiya səfirliyi Kiyevdə fəaliyyətini bərpa etdi

 18:51 13.04.2022     350

Çex Respublikasının səfirliyi Kiyevdə öz fəaliyyətini bərpa edib.

Redaktor.az xəbər verir ki, bu barədə Çex Respublikasının Xarici İşlər Nazirliyinin "Twitter" hesabında məlumat verilib.

“Kiyevdə Çexiya bayrağı yenidən dalğalanır, çex diplomatları geri döndü. Bu, Ukraynanı dəstəklədiyimiz bir çox addımlardan biridir. Çexiya Ukraynanın arxasında dayanıb və həmişə də dayanacaq", - qeyd olunub.