Finlandiya və İsveç NATO ilə bağlı tezliklə qərar verəcək
Finlandiya və İsveç NATO ilə bağlı tezliklə qərar verəcək
Redaktor.az xəbər verir ki, bu gün Finlandiyanın Baş naziri Sanna Marin isveçli həmkarı Maqdalena Andersson ilə görüşüb.
Görüşdən sonra keçirilən mətbuat konfransında Marin Finlandiya hökumətinin bir neçə həftə ərzində NATO-ya üzvlüklə bağlı qərar verəcəyini açıqlayıb.
Andersson məsələ ilə bağlı siyasi partiyalarla məsləhətləşmələrin aparıldığını vurğulayaraq, qərarın daha sonra veriləcəyini bildirib (modern.az).












