"Siz əsl dostlar, əsl tərəfdaşsınız" - Zelenski
"Müharibənin ilk əvvəlindən Polşa, Litva, Latviya və Estoniya Ukraynaya dəstək üzrə birinci yerdədir. Bir çox sahələrdə köməyinizi hiss edirik - Avrointeqrasiya, silahlar, təcavüzkara qarşı sanksiyalar. Siz əsl dostlar, əsl tərəfdaşsınız. Vacib ziyarət üçün və həmişə bizim üçün orada olduğunuz üçün minnətdaram".
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Polşa, Litva, Latviya və Estoniya prezidentləri ilə birgə keçirdikləri birifinqdə deyib.
Qeyd edək ki, Polşa Prezidenti Andzey Dudu, Litva Prezidenti Gitanas Nausiedu, Latviya Prezidenti Egils Levits və Estoniya Prezidenti Alar Karis Kiyevdə səfərdədirlər.
T.İSMAYIL












