BMT-nin baş katibi Ukraynada baş verənləri soyqırımı adlandırmadı
BMT-nin baş katibi Antonio Quterreş Ukraynada insan haqlarının pozulmasından narahatdır, lakin hesab edir ki, ölkədə baş verənlərin soyqırım olub-olmaması məsələsi hələ də müvafiq beynəlxalq hüquqi strukturlar tərəfindən müəyyən edilməlidir.
Redaktor.az xəbər verir ki, bu barədə "RİA - Novosti” məlumat yayıb.
“Soyqırımı anlayışı beynəlxalq hüquqda ciddi şəkildə müəyyən edilib, biz müvafiq qurumların yekun hüquqi tərifinə arxalanırıq. Biz insan hüquqlarının pozulmasından, münaqişənin təsirindən dərin narahatıq.
Bunun soyqırımı vəziyyəti olub-olmamasını isə aidiyyatı hüquqi qurumların öhdəsinə buraxacağıq.
Beynəlxalq Cinayət Məhkəməsi artıq Ukrayna ilə bağlı araşdırma aparır”, - deyə o, qeyd edib.












