Belarus əhalisi Ukraynanın hücumundan qorxur

 09:39 14.04.2022     374

Belarusda əhali Ukrayna hərbçilərinin hücum təhlükəsindən qorxuya düşüb.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının operativ məlumatında bildirilib.

"Belarusun Xolmiç kəndində nəzarət-buraxılış məntəqələrində Rusiya Federasiyası və Belarus Respublikası silahlı qüvvələrinin hərbi polisi şəxsi telefonları yoxlayır. Mülki vətəndaşlara məlumat verilir ki, Ukrayna bölmələri istənilən vaxt Belarus ərazisinə hücum edə bilər”,- məlumatda qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən