Bu ölkə də Ukraynadakı hadisələri soyqırımı kimi tanıdı

 10:15 14.04.2022     229

Kolumbiya prezidenti İvan Duke Rusiyanın Ukraynaya qarşı müharibəsini soyqırımı adlandırıb.

Redaktor.az xəbər verir ki, president bu barədə CNN telekanalına müsahibəsində bildirib.

Ondan Rusiyanın Ukraynadakı hərbi cinayətlərini soyqırıml adlandıran ABŞ prezidenti Co Baydenlə razılaşıb-razılaşmadığı soruşulduqda Duke belə cavab verib:

"Ukraynada baş verənlər soyqırımıdır. Və buna son qoyulmalıdır. Bu dəlilikdir".

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Cozef Baydenin Rusiyanın Ukraynadakı cinayətlərinin soyqırımı olduğunu demişdi.

Onun ardınca Kanadanın baş naziri Castin Trudo da Rusiyanı soyqırımında ittigam edib.

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland CNN telekanalına müsahibəsində deyib ki, ABŞ yüksək ehtimalla Ukrayna xalqına qarşı törədilən cinayətləri soyqırımı kimi tanıyacaq, sadəcə proseduru həyata keçirmək üçün zaman lazımdır.

Ukrayna xalqına qarşı törədilmiş cinayətləri yerində öyrənmək üçün oraya səfər edən Beynəlxalq Ədalət Məhkəməsinin (Haaqa Tribunalı) sədri Karım Xan isə bildirib ki, məhkəmə mütəxəssisləri cinayətlərlə bağlı faktlar toplamaqdadır.

Vumart və Güvən reklamı Vumart Güvən