Britaniyaya sığınan ukraynalı qadınlara təcavüz edirlər
Böyük Britaniyaya sığınan ukraynalı qaçqın qadınlar ingilis kişilər tərəfindən təqiblərə, təhqirlərə və əxlaqsız təkliflərə məruz qalıb.
Redaktor.az bu barədə “Guardian”a istinadən xəbər verir.
Qeyd edilib ki, Britaniyada “Ukrayna üçün evlər” proqramı çərçivəsində bu ölkəyə gələn qadınlar xoşagəlməz durumda üzləşiblər. Belə ki, Britaniyada yaşamaq istəyən ukraynalılardan viza prosedurları üçün yaşayış yerini qeyd etmələri tələb olunur. Proqram ev mübadiləsi üçün ukraynalı qaçqınları britaniyalılarla əlaqələndirir və ukraynalılar bu şəkildə ölkədə rahat qala bilirlər. Lakin məlum olub ki, proqramdan sui-istifadə edən britaniyalı kişilər sığınacaq istəyən ukraynalı qadınlara təcavüz edirlər.












