Makron soyqırımı ifadəsini işlətməməsini izah etdi

 17:02 14.04.2022     340

Bu gün Fransa və Ukrayna Prezidentləri Emmanuel Makronla Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Redaktor.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Makron açıqlayıb.

O bildirib ki, söhbət zamanı Ukraynada baş verənləri niyə “soyqırımı” adlandırmadığını Zelenskiyə izah edib.

Fransa Prezidentinin sözlərinə görə, “soyqırımı” terminini siyasətçilər deyil, hüquqşünaslar qiymətləndirə bilər.

Makron qeyd edib ki, bu gün axşam Zelenski ilə yenidən danışacaq.

Vumart və Güvən reklamı Vumart Güvən