Ruslar Buçada 73 ukraynalını kütləvi quyularda BASDIRIBLAR
Ukraynanın paytaxtının yerləşdiyi Kiyev vilayətinin Buça şəhərində yerləşən Müqəddəs Endryu kilsəsinin yaxınlığındakı kütləvi məzarlıqdan 73 nəfərin cəsədi çıxarılıb.
Redaktor.az xəbər verir ki, bu barədə şəhərin meri Anatoli Fedoruk UNIAN-a bildirib.
Onun sözlərinə görə, şəhərdə tapılan 403 cəsəddən 167-nin şəxsiyyəti müəyyən edilib.
Bir gün əvvəl Haaqa Beynəlxalq Tribunalının baş prokuroru Kərim Xan Buçaya səfər edib və burada ağır cinayətlər törədildiyini bildirib.














