İtaliyalı nazir Ukraynaya verdiyi dəstəyə görə ölümlə hədələndi

 23:33 14.04.2022     400

İtaliyanın xarici işlər naziri Luici Di Mayo Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı mövqeyinə görə sosial mediada ölümlə hədələnib.

Redaktor.az “Ansa” agentliyinə isitnadən xəbər verir ki, polis Di Mayoya qarşı ölüm təhdidləri ilə bağlı iki nəfərin istintaqa cəlb edildiyini bildirib.

Belə ki, təhdidlərlə əlaqədar olaraq Milan əyalətində 46 yaşlı və Sirakuza əyalətində 48 yaşlı kişinin evinə basqın edilib.

Polis “tənha canavarlar” adlandırılan şəxslərin heç bir ekstremist qruplaşmaya aid olmadığını bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən