Ruslar "Moskva"nı xilas edə bilmədilər - "Batdı..."
"Qara dəniz Hərbi Donanmasının flaqmanı "Moskva" raket kreyserinin Sevastopol limanına buksir vasitəsilə aparılması üçün əməliyyat keçirilib".
Redaktor.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanata görə, kreyser döyüş sursatı ehtiyatının detonasiya edərək partlaması səbəbindən aldığı korpus problemlərinə görə dayanıqlığını itirib.
"Dənizdəki tufan şəraitində kreyser batıb", - nazirliyin açıqlamasında deyilir.












