ABŞ və Yaponiya birgə təlim keçirdi
ABŞ və Yaponiya donanmaları Yapon dənizində birgə təlim keçirib.
Redaktor.az xəbər verir ki, təlim zamanı raket buraxılışına dair informasiya mübadiləsi həyata keçirilib.
Yaponiya hərbi dəniz donanması bildirir ki, 13-14 aprel tarixlərində “Konqo” hərbi gəmisi ABŞ-ın “Mobayl bey” gəmisi ilə dənizdə raket buraxılışına dair informasiya mübadiləsi aparıb. Məqsəd vaxtında müdaxiləüçün ikitərəfli əməkdaşlığı möhkəmləndirməkdir.












