"Moskva" kreyserinin komandiri ÖLDÜ

 16:08 15.04.2022     564

"Moskva" kreyserinin komandiri həlak olub.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko "Teleqram"da bildirib.

Onun sözlərinə görə, "Moskva" kreyserinin komandiri Anton Kuprin gəminin göyərtəsində baş verən partlayış və yanğın zamanı ölüb.

Ukrayna tərəfi “Neptun” gəmi əleyhinə raket sistemləri ilə Rusiyanın Qara dəniz donanmasındakı “Moskva” kreyserini vurduğunu bəyan edib.

Rusiya Müdafiə Nazirliyi Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” raket kreyserinin batdığını təsdiqləyib.

""Moskva" kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində baş verən yanğından gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib. Fırtınalı dəniz şəraitində gəmi batıb", - deyə Rusiya MN-nin məlumatında bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən