Daha bir ölkədə karantin qaydaları ləğv olunur

 18:39 15.04.2022     535

Cənubi Koreya hökuməti COVID-19 pandemiyası ilə bağlı bütün məhdudiyyətləri tədricən ləğv etmək qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

İnsanların kütləvi toplaşmasına icazə veriləcək və gecələri tətbiq olunan komendant saatı ləğv olunacaq.

Hökumət yalnız qapalı yerlərdə maska ​​taxmaq tələbini ləğv etməyə hazırlaşmır. Açıq havada maska taxmaq tələbi qarşıdakı günlərdə ləğv oluna bilər.

Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyinin məlumatına görə, hazırda ölkə əhalisinin 87%-i COVID-19-a qarşı tam peyvənd olunub. Eyni zamanda, əhalinin 64%-nə gücləndirici doza vurulub.

Vumart və Güvən reklamı Vumart Güvən