“Rusiyanın 18 avropalı diplomatı ölkədən çıxarmaq qərarı əsassızdır” - Borrell
“Mən Rusiya hakimiyyətinin Avropa İttifaqının Rusiya Federasiyasındakı Nümayəndəliyinin 18 üzvünün ölkədən çıxarılması ilə bağlı əsassız qərarını qətiyyətlə pisləyirəm”.
Redaktor.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayənədsi Cozep Borrell “Twitter“ səhifəsində yazıb.
O, bu qərarın Rusiyanın beynəlxalq təcridini daha da dərinləşdirdiyini bildirib.












