Ruslar Xarkovda mülki şəxləri öldürdülər

 21:04 15.04.2022     372

Rusiya hərbçilərinin Xarkovda yaşayış binalarını müxtəlif silahlardan atəşə tutması nəticəsində 7 nəfər ölüb, 34 nəfər yaralanıb.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında məlumat verib.

“Rusiya hərbçiləri Xarkov şəhərinin yaşayış bölgələrindən birini atəşə tutub. Təəssüf ki, 3-ü uşaq olmaqla 34 nəfər yaralanıb, 1-i yeddi aylıq uşaq olmaqla 7 nəfər həlak olub”, - o yazıb.

Bütün xəsarət alanlara təcili tibbi yardım göstərilir.

Vumart və Güvən reklamı Vumart Güvən