Rusiya Ukraynanın itkilərini AÇIQLADI

 22:28 15.04.2022     303

Rusiyanın işğalı zamanı Ukrayna ordusunun yüzdən çox helikopteri vurulub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov xəbər yayıb.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 132 təyyarə, 105 helikopter, 245 zenit-raket kompleksi, 457 pilotsuz uçuş aparatı, 2224 tank və digər zirehli döyüş maşını, 251 reaktiv yaylım atəşi sistemi, 971 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2123 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib”, - o, qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən