"Rusiya neftindən imtina olunmalıdır" - Zelenskidən sanksiya ÇAĞIRIŞI

 00:32 16.04.2022     494

"Bir nömrəli tapşırıq sülhü sürətləndirməkdir. Silahlı Qüvvələrimiz bunu möhtəşəm şəkildə edir. Onlar işğalçıların hücumlarını dayandırırlar. Əks addımları həyata keçirirlər. Onların fəaliyyəti diplomatlarımızı bütün mümkün xətlərdən kənarda, bütün mümkün səviyyələrdə davam etdirməlidir. Həm rəsmi, həm qeyri rəsmi".

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.

O, daha sonra bildirib:

"Rusiyaya qarşı daha bir sanksiya paketində Rusiya neftindən imtina olmalıdır. Ümumilikdə demokratik dünya qərar verməlidir ki, Rusiyanın enerji resursları üçün pulları əslində demokratiyanın məhvi üçün puldur.

Bu qərarlar gələndə hamımız sülhün gəldiyini görə bilərik".

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən