Hindistan Rusiyadan yeni S-400-lər aldı

 03:31 16.04.2022     349

Hindistan Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin daha bir partiyasını alıb.

Redaktor.az xəbər verir ki, bu barədə “India Today” nəşri mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, S-400 raketlərinin əsas hissəsi dəniz yolu ilə ölkəyə çatdırılıb və hazırda fəaliyyətdədir.

"Raket sistemlərinin hissələri həm hava, həm də dəniz yolu ilə gəlib və tez bir zamanda təyin olunmuş ərazilərə yerləşdirilib", - deyə nəşr bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən