Ukrayna ABŞ-dan gəmi əleyhinə raketlər istəyir

 04:36 16.04.2022     438

Ukrayna ABŞ-dan gəmi əleyhinə raketlər və digər sahil müdafiə sistemləri istəyir.

Redaktor.az xəbər verir ki, bu barədə “The New York Times” yüksək vəzifəli ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Pentaqonun yüksək rütbəli rəsmiləri həmçinin bildiriblər ki, amerikalı müdafiə şirkətləri Ukrayna və digər ABŞ müttəfiqlərinə tədarük edə biləcəyi əlavə gəmi əleyhinə raketlər üçün təkliflər hazırlayacaq.

Qəzetin məlumatına görə, Rusiya Qara Dəniz Donanmasının flaqmanı olan "Moskva" kreyserinə hücum sahildən atılan gəmi əleyhinə raketlərin gücünü nümayiş etdirib və Ukraynanın bu cür silahlara olan tələbarını artırıb.

Vumart və Güvən reklamı Vumart Güvən