"“Moskva” kreyserinin batması bizim üçün faciə deyil" - Zelenski

 11:56 16.04.2022     464

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə zamanı “Moskva” kreyserinin batmasının Ukrayna üçün sərfəli olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, o, həmçinin hadisəni faciə hesab etmədiyini də əlavə edib.

“Bilirik ki, kreyser artıq yoxdur. Bizim üçün bu, ölkəmizə qarşı güclü silahdır, bu səbəbdən də onun batması bizim üçün faciə deyil. Onların imkanları nə qədər az olsa, bizim üçün də bir o qədər yaxşı olar”, - deyə V.Zelenski qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən