Rusiya Ukraynanın hərbi itkilərini açıqladı

 12:42 16.04.2022     254

Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya silahlı qüvvələri 133 təyyarə və 458 pilotsuz uçuş aparatını vurub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenko bugün keçirdiyi brifinqdə bildirib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynanın 133 təyyarə, 458 pilotsuz uçuş aparatı, 246 zenit-raket kompleksi, 2246 tank və digər zirehli döyüş texnikası, 252 reaktiv yaylım atəşi sistemi, 981 səhra artilleriya və minaatan qurğusu, o cümlədən 2146 ədəd xüsusi təyinatlı hərbi maşını vurulub”, - Rusiya MN sözçüsü qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən