Ermənistanda ölənlər doğulanlardan  ÇOXDUR

 19:17 16.04.2022     435

Cari ilin iki ayı ərzində Ermənistanda ölüm halları yeni doğulanların sayını üstələyib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, yanvar-fevral aylarında ölkədə 6030 nəfər ölüb, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 599 fakt çoxdur. Eyni zamanda iki ayda Ermənistanda 5344 körpə doğulub, bu göstərici 2021-ci illə müqayisədə 189 nəfər azdır.

Qeyd edək ki, keçən ilin müvafiq dövründə Ermənistanda 5533 körpə dünyaya gəlib.

Vumart və Güvən reklamı Vumart Güvən