İtaliya limanlarını rus gəmiləri üçün bağladı

 19:27 16.04.2022     331

İtaliya 17 aprel tarixindən etibarən limanlarını Rusiya gəmiləri üçün bağlayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Qadağa fevralın 24-dən sonra bayraqlarını dəyişən gəmilərə də şamil ediləcək. Hazırda İtaliya limanlarında olan gəmilər isə ticarət fəaliyyətini başa vuran kimi oranı tərk etməli olacaqlar.

Yeni qərar Avropa İttifaqının 8 aprel tarixli sanksiyalarının icrası çərçivəsində qəbul edilib.

Vumart və Güvən reklamı Vumart Güvən