Filippində qasırğa yüzlərlə can aldı
Meqi tropik qasırğası Filippində 2 milyondan çox insanın həyatına təsir edib.
Redaktor.az xəbər verir ki, təbii fəlakət nəticəsində həlak olanların sayı 172 nəfərə çatıb.
övlət qurumlarının məlumatına görə, siklon 10 əyalətdə təsirli olub. 400 minədək sakin təxliyə mərkəzlərinə yerləşdirilib, 33 min nəfər qabaqcadan təxliyə olunub. 8 nəfər xəsarət alıb, 110 nəfər itkin düşüb.
Təbii fəlakət zamanı 10 minədək evə ziyan dəyib, çox sayda yol və infrastruktur obyekti dağılıb.












