Rusiya Mariupoldakı döyüşçülərə vaxt verdi: "13:00-a qədər..."

 12:05 17.04.2022     411

Rusiya Müdafiə Nazirliyi ukraynalı döyüşçülərə bu gün saat 06:00-dan 13:00-dək Mariupolda könüllü təslim olmaq üçün vaxt verib.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi döyüşən Ukrayna qüvvələrinə silahı yerə qoyaraq könüllü təslim olmaq üçün ultimatum verib.

Məlumata görə, nazirlik təslim olanların canlarını xilas edəcəklərini vurğulayıb.

Xatırladaq ki, Mariupol şəhəri bir neçə həftədir ki, mühasirədədir. Rusiya qüvvələri Ukraynanın şərqində cəmləşməyə başlayandan sonra vəziyyət pisləşib.

Rusiya tərəfi iddia edir ki, şəhərin bütün məskunlaşmış əraziləri “Ukrayna qüvvələrindən təmizlənib” və Azovstal polad zavodunda mühasirədə olan ukraynalı və əcnəbi döyüşçülərdən yalnız kiçik bir qrup qalıb.

Vumart və Güvən reklamı Vumart Güvən