Ermənistanda aksiya - Saxlanılanlar var
Bu gün Ermənistanda etiraz aksiyası keçirilib.
Redaktor.az xəbər verir ki, etiraz zamanı polislə aksiyaçılar arasında toqquşma yaşanıb.
Polis aksiyaçılardan bəzilərini saxlayıb.
Aksiyaçılar Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı bəyanatına etiraz etdiklərini bildiriblər.
Saxlanılan şəxslər İrəvanın mərkəzi küçələrindən birini bağlamağa cəhd edilən zaman həbs edilib.
Bundan əvvəl Paşinyan deyib ki, beynəlxalq ictimaiyyət Ermənistandan "status" ilə bağlı tələbələrini geri çəkməyi istəyir.
Müxalifət bu sözləri hakimiyyətin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olması kimi qiymətləndirib. “Şərəfim var” parlament müxalifət fraksiyasının rəhbəri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan müddətsiz etiraz aksiyası elan edib.












