Xarkovun bir neçə kəndi ruslardan geri ALINDI
Ukrayna ordusu Xarkov vilayətində əks-hücuma keçib.
Redaktor.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.
Hücum nəticəsində Bazalievka, Lebyajye və Kutuzovkanın bir hissəsinə nəzarət bərpa edilib.
Bildirilir ki, Ukrayna hərbçiləri Malaya Roqan kəndi ərazisində şərqə doğru irəliləyib.












