"Mariupol uğrunda sonadək mübarizə aparacağıq" - Ukraynanın baş naziri

 08:16 18.04.2022     678

Ukraynalı müdafiəçilər Mariupol uğrunda sona qədər mübarizə aparacaqlar.

Redaktor.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal ABC telekanalına müsahibəsində bildirib.

Eyni zamanda o qeyd edib ki, Mariupolda humanitar fəlakət hökm sürür.

"Rusiya hərbçiləri dinc əhalinin su və yeməklə təmin olunmasına mane olur, onların istilik və elektrik enerjisi yoxdur. Ukrayna öz tərəfdaşlarından bu humanitar fəlakətin dayandırılmasına yardım etmələrini xahiş edir", - Baş nazir qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən