Rusiyanın daha 1 təyyarə, 3 helikopteri MƏHV EDİLDİ
Ukrayna ərazisində Rusiyanın 87 taktiki taboru döyüş tapşırığı yerinə yetirir.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
"Ötən sutkada Ukraynanın müdafiəçiləri Donetsk və Luqansk vilayətlərində düşmənin 12 hücumunun qarşısını alıb, 10 tankını, 15 zirehli texnikasını, 5 avtomobilini, eləcə də 5 “T” sistemli artilleriyasını məhv edib. Son sutkada Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 5 hava hədəfini – bir təyyarəsini, 3 helikopterini və bir pilotsuz uçan aparatını sıradan çıxarıb", - məlumatda qeyd olunub.












