Ruslar Dnepri də raketlə vurdu
Rusiya Ukraynanın Dnepr şəhərinə iki raket zərbəsi endirib.
Redaktor.az xəbər verir ki, bu barədə Dnepr regional hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko Teleqram kanalında məlumat paylaşıb.
Bildirib ki, Rusiya səhər saatlarında Sinelnikov və Pavloqrad rayonlarına raket zərbəsi endirib. Nəticədə Sinelnikovda iki nəfər yaralanıb.
Zərbə nəticəsində, eyni zamanda dəmir yolu infrastrukturu obyektinin də zədələndiyini bildirilib.












