Rusiya MN Ukraynanın canlı qüvvə itkisini AÇIQLADI
Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələrinin hərbi əməliyyat zamanı ölən hərbçilərinin siyahısını açıqlayıb.
Redaktor.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi öz rəsmi teleqram kanalında paylaşıb.
Bildirilir ki, müharibə zamanı Ukrayna tərəfindən 23 367 hərbçi ölüb.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu günlərdə verdiyi açıqlamada 3 minə yaxın ukraynalı həbçinin həlak olduğunu bildirib.












