Çernobıl AES dünyanın nüvə təhlükəsizliyinin təhdid mənbəyidir

 14:30 18.04.2022     471

“İrimiqyaslı hərbi əməliyyatlar başlayan gündən Ukraynanın Çernobıl Atom Elektrik Stansiyası Rusiyanın işğalı altında olub”.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindən bildirilib.

“Rusiya ordusu AES-in ərazisini hərbi bazaya çevirmişdi. Bura tonlarla reaktiv mərmi atıblar. Bu səbəbdən stansiya Avropa və dünyanın nüvə təhlükəsizliyinin təhdid mənbəyidir. Onlar təxminən bir ay AES-in əməkdaşlarını girov saxlayıblar. Hazırda orada rusiyalı hərbçilər yoxdur”, - məlumatda qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən